Zəngilanda 2 tondan çox çətənə bitkisi YANDIRILDI

11:31 28.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəngilanda 2 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

 

Tədbir zamanı Mincivan qəsəbəsində yabanı halda bitən 2 tondan artıq 4657 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.